Medianews.az
Maraqlı hiylə:
57 baxış

Maraqlı hiylə: Sarımsağın qabığı 10 saniyəyə çıxır

Xarici jurnalist Kris Osborn sarımsağı asan təmizləmək üçün maraqlı bir üsul paylaşıb.

Medianews.az xəbər verir ki, o, bu barədə “Simply Recipes nəşrində yazıb.

Metodun mahiyyəti ondan ibarətdir ki, sarımsağın dişləri mikrodalğalı sobada 10–20 saniyə qızdırılır. Bundan sonra qabıq yumşalır və asanlıqla çıxarılır.

Jurnalist bildirib ki, kiçik miqdarda sarımsaq üçün ənənəvi “əzib təmizləmə” üsulu da işləkdir, lakin çoxlu miqdarda sarımsaq üçün bu metod daha rahatdır. O həmçinin qeyd edib ki, bəzi hallarda bir neçə saniyə əlavə qızdırmaq lazım gələ bilər.

Mütəxəssisin sözlərinə görə, bu üsul sarımsağın dadını bir qədər yumşalda bilər, buna görə güclü dad tələb edən yeməklərdə ehtiyatla istifadə olunmalıdır. Mikrodalğalı soba olmadıqda isə sarımsağı bankada silkələmə üsulu da alternativ kimi tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun