Medianews.az
Macarıstan Rusiya ilə iqtisadi əlaqələri
85 baxış

Macarıstan Rusiya ilə iqtisadi əlaqələri davam etdirəcək

Macarıstan Rusiya ilə mövcud iqtisadi sazişləri, o cümlədən "Pakş-2" AES-in tikintisi və enerji resurslarının tədarükü ilə bağlı müqavilələri ləğv etmək və ya yenidən nəzərdən keçirmək niyyətində deyil.

Medianews.az xəbər verir ki, bu barədə Macarıstanın Moskvadakı səfirliyindən "İzvestiya" qəzetinə bildirilib.

Qeyd edilib ki, mətbuatda yer alan bəzi açıqlamalar rəsmi siyasətin dəyişməsi kimi qiymətləndirilməməlidir:

"Mətbuatda yayılan fikirlər Macarıstan-Rusiya münasibətlərinə dair ümumi bəyanat kimi şərh edilə bilməz və bu, ikitərəfli iqtisadi əməkdaşlığımıza aid olan heç bir sazişin yenidən nəzərdən keçirilməsi və ya ləğvi demək deyil".

Xatırladaq ki, bundan əvvəl Macarıstanın müdafiə naziri Romulus Rusin-Sendi ölkənin NATO və Aİ müttəfiqlərinin etimadını bərpa etmək üçün xarici siyasət kursunu dəyişmək niyyətində olduğunu bildirmişdi.

Həmçinin, Macarıstan hakimiyyəti ölkənin keçmiş xarici işlər naziri Peter Siyartonun Rusiya ilə əlaqələrini araşdırmaq üçün təhqiqata başlayıb.//Teleqraf

Bizə qoşulun