Belarus lideri Aleksandr Lukaşenko ilə Şimali Koreya lideri Kim Çen In arasında keçirilən görüş zamanı maraqlı və simvolik hədiyyələr mübadiləsi aparılıb.
Medianews.az xəbər verir ki, görüşdə verilən hədiyyələr, xüsusilə də hərbi mövzulu hədiyyə beynəlxalq mediada müzakirə mövzusuna çevrilib.
Görüş zamanı Kim Çen In Belarus liderinə ənənəvi motivlərlə bəzədilmiş böyük vaza, dəniz qabıqları ilə hazırlanmış xüsusi dizaynlı suvenirlər və Lukaşenkonun səfərinin xatirəsinə həsr olunmuş qızıl xatirə sikkəsi hədiyyə edib.
Aleksandr Lukaşenko isə öz növbəsində Kim Çen Ina Belarus istehsalı olan qida məhsulları, şokolad, zefir və qara çörək təqdim edib. Lakin görüşün ən diqqət çəkən hədiyyəsi Belarus istehsalı olan VSK hücum tüfəngi olub. Lukaşenko silahı təqdim edərkən bildirib ki, “Odlu silahlar əsgər üçün həmişə lazım olacaq”.
Məlumata görə, Kim Çen In tüfəngə böyük maraq göstərib, silahı diqqətlə araşdırıb, xüsusiyyətləri ilə maraqlanıb. Lukaşenko bu anları şərh edərək bildirib: “İndi bu silah Kim Çen Ina məxsusdur”.
Səfər çərçivəsində Kim Çen Ina Belarus mədəniyyətində mühüm simvol hesab olunan Slutsk kəməri də hədiyyə edilib.
İki lider arasında baş tutan bu hədiyyə mübadiləsi görüşün ən çox müzakirə olunan məqamlarından biri olub.
Medianews.az