İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionluğunu qazanan ən yaşlı mütəxəssis olub.
Medianews.az "Report"a istinadən xəbər verir ki, o, bunu DÇ-2026-nın finalında Argentina yığmasını məğlub etmələri sayəsində bacarıb.
Luis de la Fuente 65 yaş, 28 günündə bu titula yiyələnib.
Təcrübəli mütəxəssis bu göstəricidə həmyerlisi Visente del Boskeni (2010-cu il, 59 yaş 220 gün) geridə qoyub.
Xatırladaq ki, İspaniya millisi mundialın finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə üstələyib.