Medianews.az
Lavrovdan Zelenskiyə xəbərdarlıq:
120 baxış

Lavrovdan Zelenskiyə xəbərdarlıq: “Qırmızı xəttimizdir”

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusla bağlı bəyanatlarını kəskin tənqid edib.

Medianews.az xəbər verir ki, bu barədə “İZ.ru” məlumat verib.

Lavrov bu açıqlamaları “kobud çıxış” kimi qiymətləndirərək, bunun Minski birbaşa münaqişəyə cəlb etmək və döyüşlərin coğrafiyasını genişləndirmək cəhdi olduğunu bildirib.

O, həmçinin Rusiya ilə Belarus arasında mövcud olan ittifaq müqaviləsini xatırladıb:

“Moskva bu razılaşma çərçivəsində İttifaq Dövlətinin müdafiəsi üçün bütün zəruri tədbirləri görməyə hazırdır”./Globalinfo.az

Bizə qoşulun