Medianews.az
Klintondan maraqlı gediş -
259 baxış

Klintondan maraqlı gediş - Açıq dinləmə tələb edir

ABŞ-nin sabiq Prezidenti Bill Klinton qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi üzrə materialların tam açıqlanmasına çağırıb və onunla əlaqələri barədə Konqresdə verəcəkləri ifadələrin açıq şəkildə dinlənilməsini tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Bill Klinton komitə sədri, Respublikaçılar Partiyasının nümayəndəsi olan Ceyms Komerin qapalı dinləmələrin videoçəkilişlərinin aparılması ilə bağlı planlarının partiya maraqlarına xidmət etdiyini və faktların müəyyən edilməsinə yönəlmədiyini bildirib. Klinton Respublikaçılar Partiyası tərəfindən təşkil edilən qapalı məhkəmədə oyuncaq kimi istifadə olunması ilə barışmaq niyyətində olmadığını deyib.

“Əgər onlar (respublikaçılar - red.) cavab almaq istəyirlərsə, gəlin oyunlara son qoyaq və hər şeyi düzgün, açıq dinləmələrdə edək ki, amerikalılar əslində söhbətin nədən getdiyini özləri görsünlər”, - Klinton fikrini tamamlayıb.

Qeyd edək ki, ABŞ-nin sabiq Prezidenti Bill Klinton fevralın 26-da, sabiq Dövlət katibi Hillari Klinton isə fevralın 27-də Konqresdə ifadə verəcəklər. 

Xatırladaq ki, Epşteynin arxivinə aid fotolarda Bill Klintonun görüntüləri də yer alır. 

Bizə qoşulun