Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.
Medianews.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.
Kinematoqrafçılar İttifaqı sədrliyə namizədlərin adlarını qurultaya yaxın vaxtda mətbuata açıqlamaq niyyətindədir.
Qurultay mayın 26-da keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.