Medianews.az
Jorji Jezuş Portuqaliya millisinə gətirilir
127 baxış

Jorji Jezuş Portuqaliya millisinə gətirilir

Portuqaliya milli komandasının baş məşqçisi postuna Jorji Jezuş gətiriləcək.

71 yaşlı mütəxəssis Portuqaliya Futbol Federasiyası ilə anlaşıb.

O, AVRO-2028 və Portuqaliyanın İspaniya, həmçinin Mərakeşlə birgə ev sahibliyi edəcəyi DÇ-2030-u əhatə edən dövr üçün komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, çalışdırıcı sonuncu olaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna rəhbərlik edib. O, Portuqaliya nümayəndə heyəti ABŞ-dən qayıtdıqdan sonra müqavilə imzalamaq üçün federasiya prezidenti ilə görüşəcək.

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb./“Qafqazinfo”

Bizə qoşulun