Aparıcı Xoşqədəm Hidayətqızı formada qalmasının sirrini izləyiciləri ilə bölüşüb.
Medianews.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında səhər yeməyini nümayiş etdirib. O, günə bir ədəd yumurta və az miqdarda tərəvəzlə başladığını bildirib.
Xoşqədəm sağlam həyat tərzinə üstünlük verdiyini, mütəmadi olaraq fitnes, boks və tennislə məşğul olduğunu da qeyd edib.
Aparıcı paylaşımında arıqlamaq üçün istifadə olunan iynələrə də münasibət bildirib:
"Səhər yeməyim. İynələrlə arıqlayıb xəstəlik tapmaqdansa, bunu seçirəm".
