İspaniyanın mərkəzi hissəsindəki meşə yanğınının sahəsi 26 min hektarı keçib.
Medianews.az xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının hökumət rəhbəri Emiliano Qarsia-Paxe "X" sosial şəbəkəsində məlumat yayıb.
Yanğın iyulun 16-da La-Myerla bələdiyyəsi ərazisində başlayıb.
Region hökuməti rəhbərinin məlumatına görə, bu, bölgədə qeydə alınan ən böyük yanğındır. O, alovla mübarizə aparmaq üçün rekord sayda canlı qüvvə və aviasiya texnikasının cəlb olunduğunu vurğulayıb.
Təhlükəsizlik məqsədilə bir sıra yaşayış məntəqələrinin sakinləri təxliyə edilib. Ümumilikdə mindən çox insanın köçürüldüyü bildirilir. Yanğın nəticəsində zərərçəkənlər barədə məlumat verilmir.
İyulun 9-da Andalusiya muxtar icmasında başlanan meşə yanğınının isə 13 nəfərin həyatına son qoyduğu qeyd edilir. Ölənlərin əksəriyyəti əcnəbilərdir.