Medianews.az
İrəvandan faşist AÇIQLAMA –
59 baxış

İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...

Baş nazirin müavini, Qərbi Azərbaycan doğumlu Şahin Mustafayevin İrəvan səfəri deyəsən, bəzi “daşları” yerindən tərpədib. Görünən budur ki, Ermənistana ilk belə yüksək səviyyəli rəsmi səfər sülh prosesində yeni mərhələ sayılmaqla yanaşı, radikal-revanşist düşərgədə əməllicə təşviş və pərtlik yaradıb. Keçək mətləbə.

Erməni mediasının yazdığından aydın olur ki, Şahin Mustafayevin danışıqlar əsnasında, sadəcə, doğulduğu Cucevan kəndini görmək istəyini izhar eləməsi erməni “ura-patriotları” bərk qəzəbləndirib. Həmin sözlərdə onlar dərhal öz xislətlərinə uyğun “pis məna”, “bəd niyyət” tapıblar.

Məsələn, “Güclü Ermənistan” Partiyasının seçki siyahısının rəhbəri Narek Karapetyan hesab edir ki, “Mustafayevin Cücevan açıqlaması təbliğat xarakterli, siyasi bir addımdır və bununla o, Ermənistanda doğulmuş azərbaycanlıların olduğunu (?! – Z.S.) göstərmək istəyir”.

Özünün Facebook səhifəsində daha sonra o, belə sayıqlayıb: “Bu, 300 min azərbaycanlının Ermənistana köçürülməsi proqramı üçün təbliğat hiyləsidir. Onlar ölkəmizi müstəqil və suveren hesab etmirlər. Təsəvvürə gətirin, 300 min azərbaycanlı bura gəlir və bir erməni ilə bir azərbaycanlı arasında insident yaşanır. Hakimiyyət bəyan edəcək ki, biz onları cəzalandıra bilmərik, çünki bu, sülhü pozacaq və bizə qarşı müharibə başlayacaq. Beləcə, öz ölkəmizdə əsir statusunda olacağıq”...

Нарек Карапетян отказался пройти медобследование: СК Армении – об уголовном  деле - 26.01.2026, Sputnik Армения

Sən demə, Şahin Mustafayev azərbaycanlıların vaxtilə qədim Türk yurdu Ermənistanda yaşadığını göstərmək istəyib. Bədbəxt hay. Məgər bunu bilməyən var?

Həqiqətən də, xain xoflu olar. İndi təsəvvür edin, bu partiyanın lideri, hazırda ev dustaqlığında olan rusiyalı oliqarx-milyarder Samvel Karapetyan Allah eləməmiş, baş nazir olacaq. Ermənistan onların əlinə keçsə, görün XXI əsrdə (!) hansı ideologiya, hansı “mənəvi dəyərlər” üzərində xarici siyasət kursu aparıb qonşularla, özəlliklə Azərbaycanla münasibət quracaqlar.

Ermənilərin Qarabağa qayıdışı haqda durmadan bəyanat yayan bir qüvvə Qərbi azərbaycanlıların təməl haqqı ilə bağlı bax, belə irqçi baxışa sahibdir. Bu – barıt qoxulu arxaik bir düşüncə!..

Doğrudan da unikal məxluqlardır. Tarix boyu nə zibil töküblərsə, hansı iyrəncliyi ediblərsə və buna görə hansı layiqli cəzaları alıblarsa, həmişə başqa millətləri qınayıblar. Haylara görə, hamı günahkardır, tək onlardan savayı. Heç vaxt özlərində səhv, nöqsan görməzlər.

Ona görə bu gün da az qala bütün bəşəriyyəti özlərinə borclu bilirlər. Özlərini “ən qədim”, “ən mədəni”, “ilk xristian toplumu” sayırlar, gəl ki, ən böyük vandallıqları, ən ağlasığmaz bəşəri cinayətləri, vəhşilik və soyqırımları məhz özləri törədiblər. Diqqət edin, günü bu gün də onların tapındıqları kumir “axırıncı türk kar, kor, lal da olsa, öldürülməlidir” deyən faşist Qaregin Njdedirsə, tayqulaq Andronikdirsə, bu qəbilədən yaxşı nə gözləməliyik ki?..

Qədim türk yurdu Ermənistanı dünyanın yeganə monoetnik dövlətinə çevirənlər da əlbəttə ki, onlar. O səbəbə karapetyanlar azərbaycanlıların öz yurd yerlərinə qayıdışı ilə bağlı bunca xoflu və təlaşlıdırlar. Dəliyə dönüblər.

Onların guya ən ziyalısı və Azərbaycanla barışıq istəyən mötədil liderləri ilk prezident Levon Ter-Petrosyan idi. Ancaq ötən il yayılan rüsvayçı videoda onun etirafları bu zatın da təpədən-dırnağa irqçi və faşist biri olduğuna şəkk-şübhə saxlamadı. Adam Ermənistanın və Qarabağın azərbaycanlılardan təmizlənməsindən necə fəxrlə danışırdı, bunu qəhrəmanlıq hesab edirdi...

Ancaq karapetyanlar, köçəryanlar, sərkisyanlar xam xəyallarla yaşamasınlar. Ermənilərin Qarabağa dönüşü insan haqları mövzusu kimi gündəmdə olacaqsa, arxayın olsunlar, Qərbi azərbaycanlıların qayıdış məsələsi də yüzdə yüz eyni gündəmdə olacaq.

Yəni, “güzgü prinsipi”. Azərbaycanın mürgü vurduğu, “fil qulağında” yatdığı dövrlər keçdi. Erməni göydən zənbildə düşməyib, yaxud köynəkdə doğulmayıb. “Soyqırımı” nağılı kimi, yeni nağılları da özlərinə qalacaq.

İndi zavallı Paşinyan əksəriyyəti iliyinə qədər irqçi-kesnofob olan, arxaik təfəkkürlü bu xəstə toplumdan sivil millət adına nəsə düzəltmək istəyir. Alınacaqmı? 7 iyunda görəcəyik...

Zahid SƏFƏROĞLU 

Bizə qoşulun