Medianews.az
İranın yeni ali lideri Müctəba Xamenei kimdir? –
107 baxış

İranın yeni ali lideri Müctəba Xamenei kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, İran Ekspertlər Assambleyası və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) birgə qərarla Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni ali lideri seçib. 

Bizim.Media Müctəba Xameneinin dosyesini təqdim edir:

Müctəba 1969-cu il sentyabrın 8-də Məşhəddə anadan olub. Orta məktəbi bitirdikdən sonra ilahiyyatı öyrənməyə başlayıb. Onun ilk müəllimləri arasında atası Əli Xameneii və Ayətullah Mahmud Haşimi Şahrudi də var idi. 

1999-cu ildə din xadimi kimi ixtisaslaşmaq üçün Qumda təhsilini davam etdirib. Orada Məhəmməd-Təqi Məsbah-Yəzdi, Ayətullah Lütfullah Safi Qolpayqani və Məhəmməd Baqir Xərazi kimi tanınmış din xadimlərindən dərs alıb.

O, 1987-1988-ci illərdə İran-İraq müharibəsində iştirak edib. Müctəba, həmçinin 2009-cu il seçkiləri ilə bağlı kütləvi etirazları yatırmaq üçün istifadə edilən "Bəsic" milislərinə nəzarət edib. 

O, uzun illərdir atasının yerinə keçəcək ən iddialı namizədlərdən biri hesab olunurdu. Müctəba SEPAH liderləri arasında böyük nüfuza malikdir.

Siyasi təsiri, seçki ittihamları və Əhmədinejad ilə qarşıdurma

Müctəba Xamenei bir vaxtlar İran prezidenti Mahmud Əhmədinejada yaxınlığı ilə seçilib, 2005-ci, eləcə də 2009-cu il prezident seçkilərində onu dəstəkləyib. 2009-cu ilin iyununda baş verən "Yaşıl hərəkat" zamanı hökumət əleyhinə nümayişçilərə qarşı repressiyaların təşkilində onun əsas fiqur rolunu oynadığı güman edilir.

Həmin seçkilərdə islahatçı namizəd olan Mehdi Kərrubi açıq məktub yazaraq Müctəba Xameneini "şəbəkənin" qeyri-qanuni müdaxiləsinə istinad edərək, seçkiləri Əhmədinejadın xeyrinə saxtalaşdırmaqda ittiham etmişdi. 

Müctəba 2004-cü ildə Zəhra Həddad-Adil (keçmiş parlament spikerinin qızı) ilə evlənib və onların bir övladı var.

Bizə qoşulun