Medianews.az
İrana gecə hücumları -
131 baxış

İrana gecə hücumları - Ölənlər və yaralananlar var

ABŞ-ın İranın Əhvaz şəhərinə və onun ətraf ərazilərinə həyata keçirdiyi raket hücumu nəticəsində dörd nəfər həlak olub.

Bu barədə "Tasnim" agentliyi "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunub ki, daha beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bir gün əvvəl ABŞ-ın azı beş hərbi təyyarəsinin Fars körfəzinə doğru uçduğu bildirilib.

İyulun 8-də ABŞ ilə İran arasındakı qarşıdurmanın eskalasiyasında yeni mərhələ başlanıb. Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq Amerika qoşunları İran ərazisinə bir sıra zərbələr endiriblər ki, bu da ölkələr arasında memorandum bağlandıqdan sonra ilk belə insident olub. ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu rəsmi şəkildə elan edib./publika.az

Bizə qoşulun