Medianews.az
İçərsində xəstənin olduğu təcili yardım maşını
84 baxış

İçərsində xəstənin olduğu təcili yardım maşını OĞURLANDI

Britaniyada xəstəxananın yaxınlığında 31 yaşlı sərxoş kişi təcili yardım maşınını oğurlayıb.

Medianews.az xəbər verir ki, hadisə Stok-on-Trent şəhərində baş verib.

Maşında həkim, xəstə və daha bir nəfər olub. Birdən sərxoş kişi sürücü yerinə əyləşərək maşını xəstəxanadan uzaqlaşdırıb.

Kişi polislər tərəfindən yanacaqdoldurma məntəqəsində dayandırılıb. O, maşından çıxaraq qaçmağa çalışsa da, polis iti tərəfindən saxlanılıb. Həm sərnişinlər, həm də xəstəxana heyəti xəsarət almayıb.

Medianews.az

Bizə qoşulun