Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Xankəndi şəhər Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.
Medianews.az xəbər verir ki, bu vəzifəyə mayor Rəşad Abbasov təyin edilib.
Bunadək o, Ağdam rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini vəzifəsində çalışıb.