İndoneziya sahilləri yaxınlığında 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına əsasən, seysmik hadisənin episentri təxminən 100 min əhalisi olan Ternat şəhərindən 131 kilometr cənub-qərb istiqamətində yerləşib.
Zəlzələnin ocağı 49 kilometr dərinlikdə olub.
İtki və dağıntı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.//Oxu.Az