Medianews.az
Gənc qız lyuka düşdü,
77 baxış

Gənc qız lyuka düşdü, itinin hürməsi onu xilas etdi - VİDEO 18+

Braziliyada 21 yaşlı qız itini gəzdirərkən kanalizasiya lyukuna düşüb.

Medianews.az xəbər verir ki, hadisə Kuyaba şəhərində baş verib.

Məlumata görə, o, səkidəki örtüyün üzərinə basdığı anda lyuka düşüb. Hadisə anı təhlükəsizlik kameralarına da düşüb.

Qızın itinin hürməsi yaxınlıqda olan insanların diqqətini cəlb edib və onlar dərhal köməyə gəliblər. Zərərçəkən bir neçə dəqiqədən sonra xilas edilib və xəstəxanaya aparılıb.

Gənc qız hadisə nəticəsində diş sınığı, çiyin zədəsi, ayaq burxulması və çoxsaylı sıyrıqlar alıb. Yerli hakimiyyət orqanları ərazini müvəqqəti bağlayaraq təhlükəsizlik tədbirləri görüb.

Medianews.az

Bizə qoşulun