Medianews.az
Futbol əfsanəsi qəzəbləndi:
95 baxış

Futbol əfsanəsi qəzəbləndi: "FİFA özünü rüsvay etdi"

Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus ABŞ yığmasının hücumçusu Folarin Kolo Baloqunun DÇ-2026-dakı diskvalifikasiyasının ləğv edilməsinə son dərəcə sərt reaksiya verib.

Medianews.az xəbər verir ki, Matteus FİFA-nı idmana siyasət qarışdırmaqda ittiham edib.

Qalmaqala səbəb ABŞ Prezidenti Donald Trampın FİFA-ya zəng edərək Baloqunun cəzasına yenidən baxılmasını xahiş etdiyini etiraf etməsi olub. Almaniyalı əfsanə bu qərara qarşı qəzəbini gizlətməyib:

"Baloqunun Bosniya və Herseqovina ilə matçda qırmızı vərəqə alması VAR-dan sonra tam təsdiqlənmişdi. Bu qərarın ləğvi sadəcə gülüncdür və futbolda gördüyüm ən bərbad şeydir! Üzr istəyirəm, amma mənim ürəyim bulanır. Böyük ölkələrin oyunçuları qorunur, kiçik komandalar isə yox. FİFA özünü dolayır və idmanı ayaqlar altına atır. Cani İnfantinonun Trampa 10 dənə Sülh mükafatı verməsi məni maraqlandırmır, amma iş aldatma və manipulyasiyaya çatanda mən buna dözə bilmərəm. FİFA azarkeşlərə xəyanət etdi".

Medianews.az

Bizə qoşulun