"Bakı Metropoliteni" QSC-də kadr dəyişikliyi olub.
Medianews.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, QSC-nin Təlim-tədris mərkəzinin rəisi Fərid Hacıağabəyli vəzifəsindən azad olunub.
Sədrin digər əmri ilə o, "Bakı Metropoliteni"nin İnsan resursları üzrə direktor müavini vəzifəsinə təyin edilib.