Tehranın Evin həbsxanasında saxlanılan Cabbar Mustafa adlı siyasi məhbus ölüb.
Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb.
Bildirilib ki, ürək xəstəliyinə tutulmasına baxmayaraq, həbsxana rəhbərliyi onun tibb məntəqəsinə köçürülməsinə və dərmanlarla təmin olunmasına icazə vermədyi üçün Cabbar Mustafa həyatını itirib.
Qeyd olunub ki, İraqda anadan olan siyasi məhbus yanvar etirazlarında həbs edilmiş və “İran hökumətinə qarşı təbliğat”da günahlandırılaraq 1,5 il həbs cəzasına məhkum edlimşdi./axar.az