Medianews.az
 Ev dustaqlığında olan aparıcıdan
116 baxış

Ev dustaqlığında olan aparıcıdan diqqətçəkən paylaşım

Narkotik vasitələrlə bağlı istintaq çərçivəsində təxminən 4 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılan aparıcı Ela Rümeysa Cebeci sosial media hesabında diqqətçəkən paylaşım edib.

Medianews.az xəbər verir ki, "İçəridə saxlaya bilmədiklərim" başlıqlı paylaşımında Cebeci həbsdə keçirdiyi dövrün ona özünü daha yaxından tanımağa imkan verdiyini bildirib.

O, azadlığını itirməyin deyil, çətin şəraitdə mənəvi dəyərlərini qorumağın əsl sınaq olduğunu vurğulayaraq, "Əsl sınaq əxlaqını şəraitə təslim etməmək imiş" fikrini bölüşüb.

Cebeci həmçinin insanın ən böyük mübarizəsinin öz nəfsi ilə olduğunu qeyd edib. Onun sözlərinə görə, insan öz prinsiplərindən birdən-birə deyil, kiçik güzəştlərlə uzaqlaşır:

"Nəfs insanı bir anda məğlub etmir. Əvvəlcə doğrularını sorğulatdırır, sonra prinsiplərini yumşaltmağa çalışır. Hər güzəşt üçün məntiqli bəhanə tapır və insanı doğrularından addım-addım uzaqlaşdırır."

Aparıcı bildirib ki, həbsdə olduğu müddətdə öz səhvləri, çatışmazlıqları və daxili dünyası ilə üz-üzə qalıb.

Qeyd edək ki, Ela Rümeysa Cebeci 2025-ci ilin dekabrında İstanbul Respublika Baş Prokurorluğunun narkotik vasitələrlə bağlı apardığı istintaq çərçivəsində saxlanılmış və məhkəmə qərarı ilə həbs edilmişdi. O, 2026-cı ilin aprelində barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək azadlığa buraxılıb.

Medianews.az

Bizə qoşulun