Medianews.az
Ermənilərə DAĞ çəkən Ağrı DAĞI –
83 baxış

Ermənilərə DAĞ çəkən Ağrı DAĞI – BARIŞIQ yaxınlaşır?

Ermənistan prezidenti Vaaqn Xaçatrynanın qəbul otağından Ağrı dağı (ermənilər “Ararat” deyir) əks olunan tablo götürülüb. Artıq xarici rəsmi şəxslərin qəbulu zamanı çəkilən birgə fotolarda bu dağ yer almır.

Image 1

Azərbaycana, özəlliklə Türkiyəyə, regiona, ümumən dünyaya ünvanlı yaxşı siqnal, təqdiredici bir jestdir. Amma əlbəttə ki, kifayət deyil. Çünki qonşu ölkənin hazırkı konstitusiyasında qardaş ölkəyə qarşı 6 indiki Ermənistan boyda (180 min kv km) ərazi iddiası qalır – “qərbi ermənistan” təxribatçı adı ilə...

Image 1

Doğrudur, rəsmi İrəvan son bir ildə radikal-revanşistlərin ciddi etirazlarına və hay-küyünə rəğmən, sərhəd-gömrük məntəqələrində sənədlərə qoyulan ştamplardan da Ağrı dağını yığışdırıb, dövlət himninin mətnini yumşaldıb, saxta soyqırımı məsələsini xarici siyasət prioritetləri sırasından çıxarıb. Ancaq hay toplumunda belə pozitiv, əsas qonşularla əlaqələri normallaşdırmağa yönəlik son dərəcə cəsarətli səylərə ciddi müqavimət qalmaqdadır.

Bunu 7 iyun seçkilərinin nəticələrindən də gördük. Paşinyanın partiyası qələbə qazansa da, bəlli oldu ki, cəmiyyətin 35-40 %-i hələ də revanşist ideyalarla, Türkə nifrətlə yaşayır, Azərbaycanı və Türkiyəni “ən təhlükəli düşmən ölkələr” hesab edir. Halbuki Ermənistanla sülh və barışıq gündəliyini əsas təşəbbüsçüsü məhz Bakıdır.

Günü bu gün də Ankara və Bakı prosesə mühüm töhfələr verməkdədir. Azərbaycan üstəlik, İrəvana vaxtaşırı neft və digər məhsullar göndərir. Ötən ay isə Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında ilk dəfə yüksək səviyyəli işgüzar görüş olmuşdu.

“Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə edib. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər, həmçinin, iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar. Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edib, növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər”, - rəsmi məlumatda deyilirdi.

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Bundan az öncə Baş nazirinin müavini Şahin Mustafayev biznes elitasının təmsilçiləri də daxil, böyük bir nümayəndə heyəti ilə İrəvanda olmuşdu...

Bu qəbil təmas və əlaqələr, şəkk-şübhəsiz, sülhə zəmin hazırlayan işlərdir. Ancaq böyük barışıq üçün yetərli sayılmaz. İki xalq arasında düşmənçilik səhifəsinin bağlanması üçün Ermənistanın hazırkı konstitusiyası mütləq beynəlxalq hüquqa uyğunlaşdırılmaldıır. Bu məsələdə hər hansı interpretasiyaya, siyasi hoqqaya, “problemin üstündən adlamaq” və ya onun “yanından keçmək” kimi variantlara şans tanınmayacaq. Azərbaycan tanımayacaq.

Kəsəsi, görüləsi çox iş var. Zira, erməni xalqının 40 faizinin sülh arzusu, əslində, yeni müharibə sifarişidir və nəinki Azərbaycana, ümumən regiona real təhdiddir. Bakı bunu görməzdən gələ bilməz. Azərbaycan Türkiyə ilə bahəm erməni revanşizmin sonuna çıxmaq üçün gərəkənləri edir və edəcək.

Ən zəmanətli yol isə erməni xalqının özü özünü daxili “ballastlardan” təmizləməsi olardı. Ayrı sözlə, separatçıların əski parçasının küçə və meydanlardan yığışdırılması, Vaaqn Xaçatryanın kabinetindəki dəyişiklik yaxşıdır, fəqət, qat-qat böyük dəyişiklik erməni xalqının beynində, şüurunda baş verməlidir. Bu, Ağrı dağı “niskilindən” daha ağrılı ola bilər, lakin mümkündür və ən əvvəl bu nanəcib tayfanın özünə lazımdır. Qurtuluş tapmaq üçün.

Gözləyirik...

Zahid SƏFƏROĞLU 

Bizə qoşulun