Medianews.az
Ərdoğan İspaniyanı
92 baxış

Ərdoğan İspaniyanı təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı il futbol üzrə dünya çempionatının qalibi olan İspaniya millisini təbrik edib.

Medianews.az xəbər verir ki, Ərdoğan sosial şəbəkədə paylaşdığı mesajda bunları bildirib:

“Futbol üzrə dünya çempionatında çempionluq titulunu qazanan İspaniya millisini təbrik edirəm. Ölkəm və millətim adından dost İspaniya xalqına salamlarımı və ən səmimi arzularımı çatdırıram.”

Qeydn edək ki, Luis de la Fuentenin rəhbərlik etdiyi İspaniya yığması finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.

Medianews.az

Bizə qoşulun