Ankara Ukraynadakı münaqişə, İran ətrafındakı böhranın diplomatik yolla həlli və Qəzzada davamlı atəşkəsin təmin olunması istiqamətində səylərini davam etdirir.
Medianews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı Aleksandr Stubb ilə görüşü zamanı bildirib.
Ərdoğan görüş zamanı Türkiyənin İran ətrafındakı böhranın və Ukraynadakı münaqişənin dialoq yolu ilə həlli üçün fəal səylər göstərdiyini vurğulayıb:
"Qəzzada davamlı atəşkəsin təmin olunması və bölgəyə humanitar yardımın maneəsiz çatdırılması istiqamətində Ankaranın fəaliyyətini davam etdir"./Teleqraf