Medianews.az
Edam son anda dayandırıldı -
74 baxış

Edam son anda dayandırıldı - Həkimlər damar tapa bilmədi

ABŞ-də 56 yaşlı məhkum Toni Karrutersın edamı son anda dayandırılıb.

Medianews.az xəbər verir ki, hadisə Tennessi ştatında baş verib.

Məlumata görə, 1994-cü ildə üç nəfərin qətlə yetirilməsinə görə ölüm cəzasına məhkum edilən Karruters üçün edam proseduru həyata keçirilməyə çalışılıb. Lakin tibb heyəti inyeksiya üçün ikinci uyğun damarı tapa bilmədiyi üçün proses yarımçıq qalıb.

Uğursuz cəhdin ardından Tennessi qubernatoru Bill Lee məhkuma bir illik möhlət verib. Məhkumun vəkilləri qərara etiraz edərək hökmün tam ləğvini tələb edirlər. Hadisə ilə bağlı həbsxana idarəsi daxili araşdırma başladıb.

Medianews.az

Bizə qoşulun