Medianews.az
Demoqrafik hesabatda nələr var?
108 baxış

Demoqrafik hesabatda nələr var?

Rəsmi hesabata görə, 2026-cı il aprelin 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 268 min 165 nəfərə çatıb.

Medianews.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, ilk rübdə 20362 doğulan, 15019 ölüm, 8203 nikah, 4614 boşanma qeydə alınıb, 964 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib, 493 nəfər ölkəni tərk edib.

Hər 1000 nəfərə 8 doğum, 5,9 ölüm, 2,1 nəfər təbii artım (doğum-ölüm nisbəti), 3,2 nikah, 1,8 boşanma düşdüyü, 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə doğumun 9,1 faiz, nikahların 27,3 faiz, boşanmaların 5,3 faiz azaldığı, ölüm hallarının 5,4 faiz artdığı xəbər verilir.

Medianews.az

Bizə qoşulun