“Forbes” jurnalı 2026-cı il Dünya çempionatında iştirak edəcək ən yüksək gəlirə malik futbolçuların siyahısını dərc edib.
Medianews.az xəbər verir ki, reytinqə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo başçılıq edir. Onun illik ümumi gəliri 300 milyon dollar olaraq qiymətləndirilib.
Dünya çempionatının ən çox qazanan 10 futbolçusu:
Kriştiano Ronaldo (Portuqaliya) – 300 milyon dollar
Lionel Messi (Argentina) – 140 milyon dollar
Kilian Mbappe (Fransa) – 95 milyon dollar
Erlinq Haaland (Norveç) – 80 milyon dollar
Vinisius Junior (Braziliya) – 60 milyon dollar
Məhəmməd Salah (Misir) – 55 milyon dollar
Sadio Mane (Seneqal) – 54 milyon dollar
Cud Bellinqem (İngiltərə) – 44 milyon dollar
Lamin Yamal (İspaniya) – 43 milyon dollar
Harri Keyn (İngiltərə) – 41 milyon dollar.
Qeyd edək ki, siyahı futbolçuların maaşları, bonusları və reklam müqavilələrindən əldə etdikləri ümumi illik gəlirlər əsasında hazırlanıb.//Yeni Sabah