"Çelsi" Argentina millisinin və "Strasburq"un yarımmüdafiəçisi Valentin Barkonu transfer edib.
Medianews.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 22 yaşlı futbolçunun transferi tam razılaşdırılıb və o, yaxın vaxtlarda London klubunun yeni oyunçusu kimi təqdim olunacaq.
Razılıq hələ may ayında əldə edilib. Buna səbəb "Çelsi" ilə "Strasburq"un tərəfdaş klublar olmasıdır.
Barko daha əvvəl İngiltərədə "Brayton"un da formasını geyinib. O, 2025-ci ilin yayında bu klubdan "Strasburq"a transfer olunmuşdu.
Argentinalı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 43 oyunda 3 qol vurub və 9 məhsuldar ötürmə edib.//Qol.az