Medianews.az
Jurnalist restoranda güllələnərək öldürüldü -
149 baxış

Jurnalist restoranda güllələnərək öldürüldü - VİDEO

Meksikada jurnalist Fransisko Alexandro restoranda səhər yeməyi yeyərkən silahlı hücuma məruz qalaraq həlak olub.

Medianews.az xəbər verir ki, yerli polisin məlumtına görə, hadisə Oaxaka şəhərinə bağlı San Pablo Etla qəsəbəsində baş verib.

Hücum zamanı bir qadın da yaralanıb.

Oaxaka ştatının qubernatoru Salomon Xara hadisəni pisləyərək istintaqın federal qurumlarla birgə aparılması barədə göstəriş verdiyini açıqlayıb.

"Sərhədsiz Reportyorlar" (RSF) təşkilatının məlumatına görə, Leyva 2026-cı ildə Meksikada qətlə yetirilən yeddinci jurnalistdir.

Bildirilir ki, jurnalistin sosial şəbəkədəki son paylaşımında yerli hakimiyyət nümayəndələrinin də iştirak etdiyi Guelaguetza festivalının təşkilinə dair tənqidi fikirlər yer alıb.

Medianews.az

 

Bizə qoşulun