Medianews.az
Şakira uzun fasilədən sonra
114 baxış

Şakira uzun fasilədən sonra BƏƏ-də konsert verəcək

Dünya ulduzu Şakira 16 ildən sonra yenidən Birləşmiş Ərəb Əmirliklərində səhnəyə çıxacaq.

Medianews.az xəbər verir ki, müğənni noyabrın 21-də Yas adasındakı "Etihad Park"da keçiriləcək "OFFLIMITS 2026" musiqi festivalının əsas ulduzu olacaq.

12 saat davam edəcək festivalda Şakira ilə yanaşı, Conas Brozers, NE-YO və dünyanın müxtəlif ölkələrindən tanınmış ifaçılar da səhnə alacaqlar.

Təşkilatçılar "OFFLIMITS 2026"nın bu il regionun ən möhtəşəm musiqi tədbirlərindən biri olacağını bildiriblər.

Qeyd edək ki, bu, Şakiranın 16 ildən sonra Birləşmiş Ərəb Əmirliklərində ilk konserti olacaq.//Axşam.az

Bizə qoşulun