Medianews.az
Konqoda Ebola virusuna yoluxanların sayı
71 baxış

Konqoda Ebola virusuna yoluxanların sayı 2 500-ü keçib

Konqo Demokratik Respublikasının beş əyalətində Ebola qızdırmasına yoluxma halları artmaqda davam edir.

Bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, hazırda təsdiqlənmiş yoluxma hallarının sayı 2 536-ya çatıb. Onlardan 738 nəfəri təcrid olunub və ya xəstəxanalarda müalicə alır.

Məlumata əsasən, indiyədək 506 nəfər xəstəlikdən sağalıb, 1 033 nəfər isə Ebola virusu səbəbindən həyatını itirib.//Milli.Az 

Bizə qoşulun