Medianews.az
Hər gün yediyimiz,
84 baxış

Hər gün yediyimiz, amma ürəyə zərər verən məhsullar

Trans yağlar, şəkər, duz və emal olunmuş qidalar ürək-damar sistemi üçün ən təhlükəli məhsullar sırasındadır.

Medianews.az xəbər verir ki, bu barədə terapevt Ulyana Urasova danışıb.

Onun sözlərinə görə, trans yağlar "pis" xolesterinin səviyyəsini artırır, "yaxşı" xolesterini isə azaldaraq ateroskleroz və digər ürək-damar xəstəliklərinin riskini yüksəldir.

Həkim bildirib ki, həddindən artıq şəkər qəbulu piylənmə, 2-ci tip diabet və ürəyə əlavə yük yaradır. Duzun çox istifadəsi isə arterial təzyiqi yüksəldərək ürək-damar xəstəlikləri riskini artırır.

Mütəxəssis həmçinin kolbasa, sosis, vetçina kimi emal olunmuş ət məhsulları, yağlı süd məhsulları, fastfud, ağ çörək və yüksək növ undan hazırlanan məmulatların da ürək sağlamlığına mənfi təsir göstərdiyini vurğulayıb. Bu məhsulların qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun