Çində hovuzun kanalizasiya borusuna ilişən 11 yaşlı oğlan həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə iyulun 6-da Hebey əyalətinin Qaobeydian şəhərində yerləşən fitnes klubunda baş verib.
Uşaq hovuzda çimərkən əli təxminən 80 santimetr dərinlikdə yerləşən drenaj dəliyinə sorulub və onu suyun dibinə sıxıb.
Hadisə zamanı hovuzda xilasedici olmayıb. İşçilərdən biri isə mobil telefonla məşğul olduğu üçün vəziyyəti vaxtında görməyib. Təxminən üç dəqiqə sonra başqa bir uşaq hadisəni görərək köməyə çağırıb. Ana və üzgüçülük məşqçisi uşağı çıxarmağa çalışsalar da, alınmayıb. Yalnız elektrik cərəyanı kəsildikdən sonra onu sudan çıxarmaq mümkün olub.
Uşaq dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə ilə bağlı cinayət işi açılıb, fitnes klubunun fəaliyyəti istintaq müddətində dayandırılıb.
Medianews.az