Sosial şəbəkələrdə yayılan video ABŞ-də 2019-cu ildə həbsxanada ölü tapılan maliyyəçi Cefri Epşteyn barədə köhnə sui-qəsd nəzəriyyələrini yenidən gündəmə gətirib.
Medianews.az xəbər verir ki, kadrlarda üstüaçıq lüks avtomobildə hərəkət edən və Epşteyn çox bənzəyən yaşlı kişi görünür.
Yan avtomobildə olan şəxs ona əvvəlcə “Cefri” deyə səslənir. Həmin şəxs səs gələn istiqamətə dönərək reaksiya verir.
Daha sonra “Epşteyn” deyə səslənildikdə isə kişinin kameraya çəkildiyini fərq edib qəfil sürəti artıraraq ərazidən uzaqlaşdığı görünür.
Video qısa müddətdə geniş yayılıb və müxtəlif müzakirələrə səbəb olub. Bəzi sosial media istifadəçiləri görüntüləri Epşteynin ölmədiyi ilə bağlı əsassız iddialarla əlaqələndirsələr də, videodakı şəxsin kimliyi və onun Cefri Epşteyn olub-olmaması barədə hər hansı rəsmi təsdiq yoxdur.