2026/2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrində illik təhsil haqları açıqlanıb.
Medianews.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri İlqar Bayramlı mətbuat konfransında bildirib.
“İlk peşə təhsili üzrə 500-800 manat, texniki peşə təhsili üzrə 500-1 700 manat, yüksək texniki peşə təhsili üzrə 1280-2710 manat təşkil edir”.
Qeyd olunub ki, sertifikat proqramlarını bitirənlərin ilkin əməkhaqqı isə 2500-6500 manat arasındadır.