Medianews.az
İranın ABŞ-ə şərti:
95 baxış

İranın ABŞ-ə şərti: ‘Ya hamı, ya heç kim’

İran ABŞ və Körfəz ölkələrinə sülh üçün kəskin şərt qoyub: ya hamı, ya da heç kim.

Medianews.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Bu o deməkdir ki:

1. Əgər ABŞ İrana neft ticarəti etməyə imkan verməzsə, İran da regionda heç kimə neft satmağa imkan verməyəcək.

2. Əgər ABŞ İranın elektrik stansiyalarına zərbə endirərsə, İran da ABŞ bazalarının yerləşdiyi bütün ölkələrin elektrik stansiyalarına zərbə vuracaq.

3. Qeyri-rəsmi olaraq: İran anlayır ki, müharibə nə qədər uzansa, noyabr seçkiləri Tramp üçün bir o qədər böyük təhlükəyə çevriləcək. Buna görə də noyabr ayı yaxınlaşdıqca, Tramp İrana bir o qədər çox güzəştə gedəcək.

4. Rusiya İranın təcrübəsindən istifadə etmək və onu yaradıcı şəkildə inkişaf etdirmək haqqında düşünə bilər”, - o bildirib.\\Axar.az

Bizə qoşulun