Medianews.az
Avtobus alovlandı,
76 baxış

Avtobus alovlandı, 7 nəfər ÖLDÜ

Vyetnamda şəhərlərarası sərnişin avtobusunun qəzaya uğrayaraq alovlanıb. Qəza nəticəsində 7 nəfər ölüb, daha 5 nəfər isə müxtəlif dərəcəli xəsarət və yanıq alıb.

Medianews.az xəbər verir ki, hadisə iyulun 21-də səhər saatlarında Donqnay şəhərində baş verib.

 Avtobus yolun metal maneəsinə çırpılıb. Zərbə nəticəsində yanacaq çəni zədələnib və avtobus alovlanıb.

İlkin məlumata əsasən, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub. Müayinələr zamanı onun qanında alkoqol və ya narkotik maddə aşkarlanmayıb. Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilir.

Medianews.az

Bizə qoşulun