Medianews.az
Argentina azarkeşi final məğlubiyyətindən
90 baxış

Argentina azarkeşi final məğlubiyyətindən sonra ölü tapıldı

Banqladeşdə yaşayan 30 yaşlı Sumon Hossain futbol üzrə dünya çempionatının finalından sonra evində ölü tapılıb.

Medianews.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, Hossain Argentina ilə İspaniya arasında keçirilən final oyununu izlədikdən sonra gecə saatlarında evə qayıdıb. İddialara əsasən, onun gec gəldiyi üçün həyat yoldaşı ilə mübahisə etdiyi bildirilir.

Sosial şəbəkələrdə yayılan məlumatlarda fanat Argentina millisinin finaldakı məğlubiyyətini qəbul edə bilmədiyi üçün həyatına son verdiyi iddia olunur.

Lakin polis ölümün səbəbinin hələ dəqiq müəyyən edilmədiyini, hadisə ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb. Yerli mənbələr də ölümün birbaşa oyunun nəticəsi ilə əlaqəli olduğunu təsdiqləyən rəsmi məlumatın olmadığını bildirib.

Qeyd edək ki, bəzi paylaşımlarda Hossainin evli və iki uşaq atası olduğu iddia edilsə də, bu məlumat yerli mənbələr tərəfindən təsdiqlənməyib.

Medianews.az

Bizə qoşulun