Zimbabvedə timsahın hücumuna məruz qalan mədən işçisi itkin düşüb.
Medianews.az xəbər verir ki, hadisə Kvekve şəhərində baş verib.
İki mədən işçisi çayın bir sahilindən digərinə keçmək istəyərkən gözlənilmədən timsah peyda olub. Yırtıcı qəfil hücum edərək qarşıdakı kişini suya sürükləyib və gözdən itib.
Hadisə yerinə polis və dalğıc dəstəsi cəlb edilib. Lakin aparılan axtarışlara baxmayaraq, itkin düşən şəxsi tapmaq hələlik mümkün olmayıb.
Məlumata görə, Zimbabvedə Nil timsahları geniş yayılıb. Bu növ timsahlar uzunluğu beş metrə qədər böyüyə bilir və son dərəcə aqressiv davranışları ilə seçilir. Onlar bəzən özlərindən iri və güclü heyvanlara da hücum edə bilirlər.
Hazırda axtarış tədbirləri davam etdirilir.
Medianews.az