Medianews.az
Bu sindromun adı
130 baxış

Bu sindromun adı DƏYİŞDİRİLDİ

Dünyada 170 milyondan çox qadına təsir edən polikistik yumurtalıq sindromu (PCOS) artıq tibb sahəsində yeni adla tanınacaq: Poliendokrin Metabolik Yumurtalıq Sindromu (PMOS).

Medianews.az xəbər verir ki, qərar 2026-cı ildə “The Lancet” jurnalında dərc olunan və 56 beynəlxalq təşkilatın iştirak etdiyi geniş araşdırmadan sonra qəbul edilib.

Mütəxəssislər bildirirlər ki, “PKOS” adı xəstəliyin mahiyyətini tam əks etdirmədiyi üçün dəyişdirilib.

Yeni ad xəstəliyin daha geniş təsir sahəsini ifadə edir: hormonal sistem, maddələr mübadiləsi və yumurtalıq funksiyaları.

PMOS-un izahına görə, bu sindrom yalnız yumurtalıqlarla məhdudlaşmır, həm də hormonal və metabolik sistemlərə təsir edir, insulin müqaviməti, çəki artımı və digər sağlamlıq problemləri ilə əlaqəlidir.

Medianews.az

Bizə qoşulun