Medianews.az
Bu ölkədə dəniz təyyarəsi
73 baxış

Bu ölkədə dəniz təyyarəsi qəzaya uğrayıb

ABŞ-nin şimal-qərbində, Vaşinqton ştatının Susiya adası sahillərində "Kenmore Air" aviaşirkətinə məxsus dəniz təyyarəsi qəzaya uğrayıb.

Bu barədə "Fox News" telekanalının yerli bölməsi məlumat yayıb.

Baş vermiş qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə anında təyyarənin göyərtəsində 10 sərnişin və bir pilot olub. Axtarışlar nəticəsində onların hər biri sağ tapılıb və insan itkisi qeydə alınmayıb. Xəsarət alan dörd nəfər Orkas adası və Bellinqhemdə yerləşən tibb müəssisələrinə təxliyə edilib./"Report"

Bizə qoşulun