Çin Qırmızı Xaç Cəmiyyəti döyüşlər nəticəsində uşaqlarını itirən valideynlərə kömək etmək üçün İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinə 200.000 dollar məbləğində təcili humanitar yardım bağışlayacaq.
Medianews.az xəbər verir ki, bu haqda Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib.
O vurğulayıb ki, Çin mülki şəxslərə və qeyri-hərbi hədəflərə qarşı bütün ayrı-seçkilik qoyulmayan hücumları pisləyir.
Departament həmçinin Pekinin Tehrana İran xalqı üçün əlavə zəruri yardım və dəstək göstərməyə hazır olduğunu təsdiqləyib.
Medianews.az