Medianews.az
Bu bölgədə
88 baxış
Yüklə

Bu bölgədə işıq olmayacaq

Bu gün Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 35 kV-luq "Hamarat" hava xəttində təmir işləri aparılacaq.

Medianews.az bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar saat 10:00-dan 13:00-a qədər Lerik rayonunun Bürsülüm, Əliabad, Hamarat, Rvarud, Veri kəndlərinin bir hissəsinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizə qoşulun