Medianews.az
Azərbaycan klublarının Avropa yolu:
115 baxış

Azərbaycan klublarının Avropa yolu: Mümkün rəqiblər açıqlandı

Medianews.az 2026-2027 mövsümündə Azərbaycanı UEFA-nın klub turnirlərində təmsil edəcək komandaların potensial rəqiblərinin siyahısına nəzər salıb.

Çempionlar Liqasına birinci mərhələdən başlayacaq “Sabah”a İrlandiyadan “Şemrok Rovers”, Finlandiyadan KuPS, Kosovodan “Drita”, Cəbəllütariqdən “Linkoln”, Bosniyadan “Borats”, İslandiyadan “Vikinqur”, Qazaxıstandan “Kayrat”, Ruminiyadan “Universitatya” (Krayova), Latviyadan “Riqa”, Farer adalarından “Klaksvik”, Estoniyadan “Flora”, Şimali İrlandiyadan “Larn”, Moldovadan “Petrokub” qismət ola bilər.

Avropa Liqasının birinci mərhələsində yer alan “Qarabağ”ın mümkün rəqibləri sırasında “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya” (Kluj, Rumıniya), “Alüminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya) var.

Konfrans Liqasında birinci mərhələdən start götürən “Neftçi”nin bu komandalarla üz-üzə gəlməsi mümkündür: “Liepaya” (Latviya), “İlves” (Finlandiya), “Santa Koloma” (Andorra), “Konnahs Kuey”, “Penybont”, “Karnarfon Taun” (Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “İnter” (Finlandiya), “Malişeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Heqelmann” (Litva), “Runavik” (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Qlentoran” (Şimali İrlandiya), “Marsaxlokk” (Malta), “Kalyu” (Estoniya).

Konfrans Liqasına ikinci mərhələdən başlayacaq “Turan Tovuz” bu komandalara tuş gələ bilər: “Panatinaikos” (Yunanıstan), “Partizan” (Serbiya), “Luqano” (İsveçrə), AEK (Kipr), “Riyeka” (Xorvatiya), “Kluj” (Rumıniya), HİK (Finlandiya), “Zrinski” (Bosniya), “Brann” (Norveç), “Spartak” (Slovakiya), “Qradets” (Çexiya), “Austria” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Nordsyaelland” (Danimarka), “Tobol” (Qazaxıstan).

Hər üç turnirdə dörd təsnifat mərhələsi var. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçəcək, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayacaq, 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.

Medianews.az

Bizə qoşulun