Medianews.az
Azərbaycanda pensiyaçıların sayı necə artıb-azalıb?
143 baxış

Azərbaycanda pensiyaçıların sayı necə artıb-azalıb?

Dövlət müstəqilliyinin bərpasından bəri Azərbaycanda ən çox pensiyaçı 2006-cı ilin əvvəlində qeydə alınıb (1 milyon 398,8 min nəfər), ən az pensiyaçı 2024-cü ilin əvvəlinə düşüb (1 milyon 95,9 min nəfər).

Medianews.az bildirir ki, milli statistika 2005-ci ilə pensiyaçıların sayını 1 milyon 372,7 min, 2004-cü ilə 1 milyon 326,8 min, 2018-ci ilə 1 milyon 318,4 min, 2017-ci ilə 1 milyon 315,2 min, 2010-cu ilə 1 milyon 308,4 min nəfər göstərib.

2016-cı ilə 1 milyon 299,9 min, 2019-cu ilə 1 milyon 295,5 min, 2011-ci ilə 1 milyon 292,1 min, 2015-ci ilə 1 milyon 290,9 min, 1992-ci ilə 1 milyon 287,7 min, 2003-cü ilə 1 milyon 285 min, 1995-ci ilə 1 milyon 282,9 min, 2012-ci ilə 1 milyon 277,6 min, 2014-cü ilə 1 milyon 277 min, 2009-cu ilə 1 milyon 275,1 min, 2013-cü ilə 1 milyon 272,1 min, 2020-ci ilə 1 milyon 270,5 min nəfər pensiya alıb.

1994-cü ilə 1 milyon 250,9 min, 2008-ci ilə 1 milyon 248,7 min, 1997-ci ilə 1 milyon 245,4 min, 2002-ci ilə 1 milyon 245 min, 2021-ci ilə 1 milyon 228,8 min, 1996-cı ilə 1 milyon 226,8 min, 1998-ci ilə 1 milyon 206,4 min, 2007-ci ilə 1 milyon 226,8 min, 2001-ci ilə 1 milyon 218,6 min, 2000-ci ilə 1 milyon 202,1 min, 2022-ci ilə 1 milyon 200,5 min nəfər pensiyaçı rəsmiləşib.

1999-cu ilə 1 milyon 176,5 min, müstəqilliyin bərpa olunduğu 1991-ci ilin əvvəlinə 1 milyon 127 min, 1993-cü ilə 1 milyon 118 min, 2023-cü ilə 1 milyon 114,2 min, 2026-cı ilə 1 milyon 98,7 min, 2025-ci ilə 1 milyon 98,3 min nəfər pensiyaçı olduğu bəyan edilib.

Azərbaycanda kişilər 65 yaşda, qadınlar 64 yaş yarımda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Pensiyanın minimum məbləği 320 manatdır.

Qanuna görə, pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.

2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış və azı 1 il sığorta stajı olan şəxsə pensiya kəsilir, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.

Medianews.az

Bizə qoşulun