Başqırdıstan Respublikasında 68 yaşlı kişi arvadını və qayınanasını vəhşicəsinə qətlə yetirib.
Medianews.az xəbər verir ki, hadisə 2025-ci ilin mayın 16-sında baş verib.
62 yaşlı qadın sərxoş ərinə irad bildirib. Buna cavab olaraq kişi qadının üzərinə kimyəvi maddə töküb və yandıraraq öldürüb. Qadının 86 yaşlı anası da tüstüdən zəhərlənərək həlak olub.
Yanğın nəticəsində mənzil tamamilə yararsız hala düşüb, qonşu mənzilə də ciddi ziyan dəyib.
Təqsirləndirilən şəxs ittihamları qəbul etmir. Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Medianews.az