Medianews.az
Arvadını qısqandı, qonşusunun
117 baxış

Arvadını qısqandı, qonşusunun qulağını qılıncla kəsdi

Hindistanda kişi qısqanclıq zəminində qonşusuna qılıncla hücum edib.

Medianews.az xəbər verir ki, hadisə aprelin 16-sı Qaziabad şəhərində baş verib.

Kişi arvadının qonşusu ilə gizli münasibətdə olduğundan şübhələnib və qılıncla kişinin qulağının bir hissəsini kəsib.

Yaralı kişi velosipedlə hadisə yerindən uzaqlaşıb. Hücum edən isə ətrafdakıların köməyi ilə saxlanılıb və barəsində cinayət işi açılıb.

Medianews.az

Bizə qoşulun