Medianews.az
ARB TV bu verilişlərlə
241 baxış

ARB TV bu verilişlərlə vidalaşır

ARB TV yeni mövsümdən efir siyasətində ciddi dəyişikliklər edəcək.

Medianews.az xəbər verir ki, illərdir telekanalda yayımlanan bir sıra verilişlər bu mövsüm final edəcək.

Əməkdar artist Dilarə Əliyevanın aparıcısı olduğu və 7 ilə yaxındır efirdə olan “Söhbət var” proqramının yayımı dayandırılır. İki mövsümdür izləyicilərlə görüşən Pərviz Hüseynin “Pərvizə görə” layihəsi də ekranlarla vidalaşıb.

Bundan başqa, Kazım Sübhanın aparıcılıq etdiyi “Mədəni şou” və İlqar Mikayıloğlunun təqdim etdiyi “Günə bax” səhər proqramı da yeni mövsümdən efirdə olmayacaq.

Sözügedən aparıcıların fəaliyyətlərini hansı layihələrdə və ya hansı kanalda davam etdirəcəkləri isə hələlik məlum deyil.

Qeyd edək ki, ARB TV yeni mövsümdən etibarən şou yönümlü verilişlərin yayımını dayandırmağı planlaşdırır. Kanalın efirində əsasən bölgələrə və sosial mövzulara həsr olunan layihələrə üstünlük veriləcəyi bildirilir.\\Axşam.az

Bizə qoşulun