Medianews.az
Anlaşma memorandumunun anlaşılmaz tərəfləri
91 baxış

Anlaşma memorandumunun anlaşılmaz tərəfləri

İyunun 15-nə keçən gecə ABŞ, İran və vasitəçi Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında 60 günlük atəşkəsə dair razılaşmanı təsdiqləyiblər. Sənədin iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilir.

Lakin siyasi şərhçi Aqşin Kərimov Medianews.az-a deyib ki, anlaşma memorandumunun mahiyyəti ilə bağlı ABŞ və İran tərəfinin dedikləri bir-birindən fərqlənir.

  1. ABŞ tərəfinin mövqeyi və ABŞ mediasının məlumatları

- Vitse-prezident Cey Di Vens iyunun 15-də bildirib ki, Birləşmiş Ştatlar uzunmüddətli perspektivdə Hörmüz boğazının rüsumsuz şəkildə açıq olmasını gözləyir.

- "Axios" nəşri anlaşma memorandumunun mətninə bələd olan bir mənbəyə istinadən xəbər verib ki, İran kommersiya gəmilərinin 60 gün müddətində heç bir ödəniş olmadan təhlükəsiz keçidi üçün tənzimləmələr edəcək. Bundan başqa, İran gələcək idarəetmə və dəniz xidmətlərini müəyyənləşdirmək üçün Omanla əməkdaşlıq edəcək.

- ABŞ-nin İsraildəki səfiri bəyan edib ki, İran və "Hizbullah" sazişdə əlaqələndirilməyib və İsrailin özünü müdafiə etmək üçün İranın icazəsinə ehtiyacı yoxdur.

- Bir ABŞ rəsmisi “Assoşeyted Press” agentliyinə bildirib ki, saziş İsrailin Livandan çıxmasını tələb etmir.

- ABŞ Prezidenti Donald Tramp iyunun 15-də bəyan edib ki, İran heç vaxt nüvə silahına sahib olmamağa razılıq verib.

- "Axios" yazır ki, Vaşinqtonla Tehran İrandakı zənginləşdirilmiş uranın taleyini həll etmək, eyni zamanda gələcək zənginləşdirmə məsələsini və qarşılıqlı razılaşdırılmış digər məsələləri müzakirə etmək barədə razılığa gəliblər.

  1. İran tərəfinin mövqeyi və İran mediasının məlumatları

- SEPAH-a bağlı "Tasnim" agentliyi iyunun 15-də yazıb ki, İran gəmilərə rüsum tətbiqini 60 gün müddətinə dayandıracaq, lakin bu müddət başa çatandan sonra yenidən rüsum almaq niyyətindədir.

- İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, "Hizbullah"a qarşı hər hansı hücum və ya İsrailin Livanda hərbi mövcudluğu anlaşma memorandumunu pozur.

- İran rəsmiləri bildiriblər ki, İran 60 günlük danışıqlar dövründə nüvə mövzusunu müzakirə edəcəklər, lakin əsas nüvə məsələlərində hər hansı güzəştə gedəcəkləri barədə heç bir işarə verməyiblər.

Medianews.az

Bizə qoşulun