Medianews.az
Agentlik sədri şöbə müdirini
119 baxış

Agentlik sədri şöbə müdirini işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni kadr təyinatı olub.

Medianews.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gülnarə İntizam qızı Cəfərli İnsan resursları departamentinin müdir müavini təyin edilib. O bundan əvvəl adıçəkilən departamentin İşə qəbul və planlama şöbəsinin müdiri idi.

Eyni zamanda, agentliyin İnzibati departamentinin Təsərrüfat şöbəsinin müdiri Kamal Məmmədov işdən azad olunub.

Bizə qoşulun